Siyasət

  • 5 278

“Səs” qəzeti bu gün Azərbaycan mətbuatının flaqmanlarından biridir" RƏY-ÖZƏL

image

““Səs” qəzeti bu gün Azərbaycan mətbuatının flaqmanlarından biridir. Bu qəzet fəaliyyətdə olduğu bütün dövrlərdə hər zaman xalqın, cəmiyyətin səsini ucadan söyləyib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.O bildirib ki, bütün çətinliklərdən keçərək bu gün “Səs” qəzeti hər gün hər bir ziyalının gündəlik açıb oxumaq istədiyi mətbuat orqanına çevrilib.Deputat söyləyib ki, qəzetin peşəkar kollektivi hər zaman Səs brendini yüksək səviyyədə saxlamağa çalışır: “Səs” qəzetinin bugünkü uğurları hər bir Azərbaycan vətəndaşının uğurlarıdır. Yaranma günü münasibətilə “Səs” qəzetinin rəhbərliyi baş redaktoru olmaqla bütün kollektivi təbrik edir, işlərinizdə uğurlar arzu edirəm. İnanıram ki, “Səs” qəzeti bundan sonra da mətbuatımızın öndə gedənlərindən biri olacaq”.

sia.az

Digər xəbərlər