Siyasət

  • 2 468

Azərbaycan Prezidentinin açıqlaması ermənilərdə təşviş yaradıb FAKT

image

Prezident İlham Əliyevin ötən həftə hökumətin geniş tərkibli iclasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı verdiyi sərt bəyanatları təcavüzkar ölkənin mətbuatında da işıqlandırılıb və görünən budur ki, ermənilər həmin bəyanatlardan şok keçirərək, ciddi şəkildə təlaşlanırlar. Əks halda, erməni KİV-ləri Azərbaycan Prezidentinin fikirlərini sayt və qəzetlərin manşetlərində yerləşdirməzdilər. SİA xəbər verir ki, Ermənistanın ayror.am saytı İlham Əliyevin bəyanatlarından sitatları yerləşdirib.Qeyd olunur ki, Azərbaycanın dövlət başçısı Ermənistanın təcrid olunması siyasətinin davam edəcəyini bildirib. “Mən heç vaxt bizim tərəfimizdən aparılan siyasəti gizlətməmişəm. Mən hər zaman demişəm ki, Ermənistanın təcrid olunması üçün, biz bütün vasitələrdən istifadə edirik, gələcəkdə də bunu edəcəyik”.Erməni saytı ölkə rəhbərimizin torpaqlarımızın işğaldan azad edilməyəcəyinə qədər bu siyasətin davam etdiriləcəyi fikrini də qeyd edib.Aysor.am Prezident İlham Əliyevin digər fikirlərini də diqqətə çatdırıb. Belə ki, Onun Ermənistanın böhranlı vəziyyətdən çıxması üçün bir yolunun – Azərbaycanla münasibətlərin yaxşılaşdırılması yolunun olması barədə irəli sürdüyü ifadələri də yazılıb: “Biz buna hazırlıq. Ancaq bunun üçün bir şərt var – Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.Adıçəkilən erməni media qurumu Azərbaycanın güclü və ən müasir standartlara malik olan silah arsenalının da olduğunu xatırladaraq, Prezident İlham Əliyevin bəyanatındakı fikirlərinə diqqət çəkib. Sayt yazır ki, Azərbaycanın dövlət başçısının sözlərinə görə, Ermənistan Azərbaycanın 2018-ci ildə əldə etdiyi raket sistemlərindən hər hansı müdafiə vasitələrinə malik deyil. “Ermənistan “Polonez” və LORA raket sistemlərinə qarşı müdafiə mümkünlüyünə malik deyil. Bu, istənilən hədəfi məhv etmək üçün, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik olan sistemlərdir. Qarşı tərəfin belə bir hərbi hədəfi yoxdur ki, biz onu yüksək dəqiqliklə məhv edə bilməyək”, deyə aysor.am Azərbaycan Prezideni İlham Əliyevin fikirlərindən sitat gətirib.Beləliklə, görünən budur ki, əslində, erməni ictimaiyyəti ölkələrinin nə qədər ağır və böhranlı vəziyyətdə olduqlarını yaxşı bilirlər və onu da anlayırlar ki, işğalçılıq siyasəti Ermənistanı daha ağır vəziyyətə doğru sürükləyir və zaman-zaman bu reallıq öz təsdiqini tapmaqdadır. Yəqin ki, adıçəkilən erməni saytı da daxil olmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edilən fikirlərini ictimailəşdirən düşmənin digər informasiya resursları əsl gerçəyi dərk edərək, ciddi şok keçiriblər.

sia.az

Digər xəbərlər