Siyasət

  • 2 444

“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır” RƏY

image

“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər bu ilin də Azərbaycan tarixinə uğurlu il kimi yazılacağına əsas yaradır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkə başçısının hökumətin geniş tərkibli iclasında vurğuladığı fikirlərini şərh edərkən deyib.Onun sözlərinə görə, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. 2018-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib, ictimai-siyasi sabitlik tam təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb”.“Prezident İlham Əliyev Azərbaycanın inkişafı, sabitlik adası kimi beynəlxalq aləmdə mövqeyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməklə yanaşı, ölkəmiz üçün bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə prinsipial siyasət həyata keçirir”, deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri həmçinin qeyd edib ki, ölkəmizin başçısı dəfələrlə bu barədə Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini ifadə edib: “Ali Baş Komandanımız Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyi gerçəyinin ifadəçisidir”.Hikmət Şikarov onu da bildirib ki, Azərbaycanın inkişafını təmin edən digər fundamental bir faktor ali maliyyə sənədi olan dövlət büdcəsidir: “2019-cu ilin büdcəsi təmkinli, praqmatik ssenarilərə əsaslanır və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da, insanların rifahinin ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sahədə möhkəm bünövrə qoyulub və insanların etibarlı və layiqli həyatının təmin edilməsi üçün dövlət büdcəsində sosial məsələlər ön planda dayanır. Bu gün dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək”.Hikmət Şikarova görə, təbii ki, bu kimi faktlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlarla başa vurur”, deyə YAP Pirallahı rayon təşkilatının sədri son olaraq vurğulayıb.

sia.az

Digər xəbərlər