Siyasət

  • 2 625

"2019-cu il münaqişənin həllində kuliminasiya ili ola bilər" AÇIQLAMA-ÖZƏL

image

“Paşinyanın hazırda məqsədi ölkəsini qışdan çıxarmaqdır. Əgər o, bu il ölkəsini qışdan çıxara bilsə, o zaman gələcəkdə hakimiyyətdə nəyəsə iddialı ola bilər. Ermənistanda əsas məsələ xalqın və vətəndaşların rifahıdır ki, hazırda düşmən ölkədə bu sahədə vəziyyət çox ağırdır. Paşinyan bunun öhdəsindən gələ bilmir” Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.Paşinyanın qazla bağlı ötən ilin dekabr ayının sonunda səfər etdiyini xatırladan A. Nağıyev söyləyib ki, onun Rusiya prezidenti ilə görüşündə əsas məqam məhz qazın qiymətinin aşağı salınması idi: “Paşinyan mitinqlərdə qazın qiymətinin ucuzlaşacağı ilə bağlı söz versə də, bunu tənzimləyə bilmədi. Əksinə əvvəlki qiymətindən hətta 15 dollar bahalaşıb. Bu da əlbəttə ki, vətəndaşının rifahından danışan Paşinyan üçün acınacaqlı nəticələr verə bilər”.A.Nağıyev deyib ki, qazın qiymətinin bahalaşması Ermənistanda unun, çörəyin qiymətinin bahalaşmasına gətirib çıxarıb ki, bu da iğtişaşlara səbəb olub: “Alternativ yollara əl atmağa başlayan Paşinyan qazla bağlı müqaviləsi olan İrana üz tutur. Lakin İrana sanksiyalar tətbiq olunduğu üçün o Ermənistanı qazla təmin edə bilməz. Rusiyada buna imkan verməz”.Rusiya Ermənistan münasibətlərində gərginliyin davam etdiyini deyən siyasi-şərhçi söyləyib ki, Qərb baş verənlərdən istifadə etməyə çalışır: “Təbii ki Rusiya bunun birmənalı qarşılamır. Əgər ABŞ Ermənistanda öz nüfuzunu gücləndirsə, o zaman Rusiyanın sərhədlərində buferzona dağıla bilər. Qərb əlbəttə ki cəhd edəcək. Rusiya isə bunun əleyhinə gedəcək”.Mövcud şəraitin Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, A.Nağıyev cari ilin problemin həllində kuliminasiya ili olacağını istisna etmir: “Həm Rusiya-Ermənistan, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin dövlətlərin münasibətləri baxımından Ermənistan danışıqlar masasına əyləşməyə məcbur edilə bilər. Problem Azərbaycanın suverenliyi və ərazi toxunulmamazlığı şərtində substantiv mərhələli şəkildə həll edilə bilər. Ermənilərin bunu istəməməsinə baxmayaraq, lakin onları məcbur etmək məqamı gəlib çatıb. Bütün vasitələrdən istifadə edərək, onları danışıqlar masasına əyləşdirib və təkidlə torpaqların qaytarılmasını tələb etmək olar. ATƏT-də deklorativ bəyanatlardan əl çəkməlidir. ATƏT-ə sədrlik Slovakiyaya keçib. Slovakiya rəhbəri də öz çıxışlarında həll olunmayan yanar ocaqların söndürülməsinə çalışacaqlarını bildiriblər”.

yap.org.az

Digər xəbərlər