Siyasət

  • 2 600

"XİN sözçüsü münasibətlərə hansı zərbəni vurduğunun fərqinə varmalıdır" ÖZƏL-ŞƏRH

image

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın artıq neçənci dəfədir ki, Azərbaycan-Rusiya münasibətlərinin sürətlə dərinləşən templərinə uyuşmayan bəyanatlar səsləndirməsi çox ciddi nəticələr çıxarmağa əsas verir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, iki ölkənin liderləri olan İlham Əliyevlə Vladimir Putin çox da asan olmayan şəraitdə əməkdaşlığı dönməz və strateji platformaya keçirməyə böyük səylər göstərdikləri halda, Zaxarova illər boyu əldə olunmuş böyük nəticələri bir bəyanatla alt-üst edən ziyanlı yol tutur: “Paşinyan yenicə hakimiyyətə gəldiyi ilk günlərdə onun pozucu Qarabağ siyasəti barədə “Trend” İnformasiya Agentliyinin samballı və haqlı sualına Zaxarovanın necə təxribatçı cavab verməyə çalışdığı hələ Azərbaycanda unudulmayıb. Konkret vəziyyətlərdə ermənilərin və Ermənistanın maraqlarını çox çılpaq şəkildə müdafiə etməyə çalışan Zaxarova bununla Azərbaycan-Rusiya münasibətlərinə hansı zərbəni vurduğunun fərqinə varmalıdır. Azərbaycanda kifayət sayda erməninin yaşadığı, ölkəmizin hətta Rusiyanın özündən artıq tolerant ölkə olması, ölkəmizə hətta Ermənistan vətəndaşlarının idmançı və s. kimi leqal gəlib-getdikləri barədə çoxlu faktlar gətirmək və sübut etmək olar ki, Azərbaycana Rusiyadan gələn erməni əsilli insanlar nəinki təqib və ya deportasiya olunmur, əksinə sivil dövlətçilik prinsipləri çərçivəsində münasibət göstərilir. Bunları Zaxarova da çox yaxşı bildiyi və bilə-bilə başqa cür danışdığı üçün məhz onun pis niyyətləri və danışdığı yanlışların böyük ziyanları barədə danışmağa daha çox ehtiyac duyulur. Zaxarova Azərbaycan üçün heç cür doğru olmayan və qərəzli fikirlər söyləməklə Rusiya XİN sistemindəki erməni lobbiçilərinin əlinə oynadığını və hətta həmin lobbiçilərdən birinə çevrildiyini çox aydın səviyyədə nümayiş etdirir.Zaxarovanın antiazərbaycan və erməniyönümlü bəyanatına Azərbaycan XİN diplomatik və beynəlxalq hüquq leksikonunda çox sərrast cavab verdi. Azərbaycan XİN-in bəyanatının Zaxarovanı azacıq obyektivlik və ədalət hissi olacağı halda qərəzli mövqedən çəkindirmək üçün ciddi təsir qüvvəsinin olduğuna şübhə yoxdur. Ancaq ötən bir neçə gündə Zaxarovanın qərəzli və ya yanlış mövqedə olduğunu biruzə vermək üçün heç bir cəhd göstərməməsi deməyə əsas verir ki, qərəzli bəyanatı xüsusi sifarişlə və ya maraqla səsləndirdiyi üçün geri çəkilə bilmir. Zaxarova kimi tendensiz diplomatlarla Azərbaycan-Rusiya münasibətlərini nəinki irəlilətmək olmaz, əksinə əldə olunmuş uğurları təhlükə altında qoymaq olar. Zaxarova özü də bilmədən Rusiya XİN-də ölkənin dövlət maraqlarına sadiq və erməni təsirində olan iki təmayülün mövcudluğunu bir daha sübut etdi. Əgər Zaxarova barədə ölçü görürülməsə, bu o demək olacaq ki, strateji dostumuz olan Rusiya XİN-də erməni lobbiçilərinin təsiri hətta bizim təsəvvür etdiklərimizdən də güclü imiş”.

sia.az

Digər xəbərlər