Siyasət

  • 2 640

"Struktur islahatları çevik idarəetmə sisteminə böyük marağın olduğunu göstərdi" ŞƏRH-ÖZƏL

image

“Cənab Prezident bir neçə gün bundan öncə Nazirlər Kabinetinin iclasında islahatlar siyasətinin davam etdiriləcəyini, idarəetmənin daha çevik mərhələyə çatacağı anonsunu vermişdi. Bunun nəticəsidir ki, ötən gün bu istiqamətdə bir neçə ciddi addımlar atıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin bir başa istehsalda iştirakından geri çəkildiyini göstərdi.Deputat söyləyib ki, bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri bir başa istehsalda iştirak etmirlər: “Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdə ayrılaraq ayrıca bir səhmdar cəmiyyətə çevrilməsi çox düzgün addım idi”.A.Mirzəzadə qeyd edib ki, şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sisteminə keçərək, eyni zamanda bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək: “Digər tərəfdən bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğv edilməsi, günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi”.Deputat vurğulayıb ki, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb: “ Struktur islahatları ilə bağlı ötən gün atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.

sia.az

Digər xəbərlər