Siyasət

  • 2 501

"Ermənilər "konyak diplomatiyası" ilə yanaşı qadınlarından da istifadə edirlər" ÖZƏL-MÖVQE

image

“Ümumiyyətlə uzun illərdir ki, Avropada, Amerikada, dünyanın bir sıra ölkələrində kök salmış çox güclü və çox iyrənc cinayətkar əməllərlə məşğul olan (həm siyasət, həm də iqtisadiyyat sahəsində) erməni mafiyası, lobbisi mövcuddur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, onlar tək “konyak diplomatiyası” ilə yox, eyni zamanda bütün vasitələrdən istifadə edib və həmin dövlətlərin rəsmilərini, deputatlarını, siyasətçilərini, mediasını və s. öz mənafelərində iş birliyinə cəlb ediblər: “Təbii ki, bunlar maddi maraqlar naminə olur. Cənab Prezidentimizin dediyi ki, onlar “konyak diplomatiyası”ndan, çirkli pullardan və s. istifadə edirlər. Hətta deyərdim ki, onlar bu istiqamətdə öz qadınlarından da istifadə edirlər. Hələ 200-300 il bundan öncə də məlum idi ki, onlar öz məqsədlərinə çatmaq üçün qadınlarını irəli verib onların da xidmətindən istifadə ediblər. Təbii ki, bu gün də bu davam edir.Bildiyiniz kimi Qərbdə vaxtaşırı bizə qarşı müəyyən kampaniyalar aparan mətbu orqanlar, insan hüquqları adı altında çıxış edən təşkilatlar var. Həmçinin Avropa Parlamentində, Avropa Şurasında, başqa qurumlarda olan deputatlar, siyasətçilər var. Onlar ermənilərlə əmioğlu, xalaoğlu deyillər əksinə bunlar erməninin verdiyi o ianələr, çirkli pullar, müəyyən dəyərli hədiyyələr hesabına ermənilərin dediyini edirlər. Heç şübhəsiz ki, bu gün də o davam edir. Onlar həmişə məqsədlərinə nail ola bilməsələr də ancaq çox vaxt görürsən ki, bu kampaniyaların yaradılmasına mane olurlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev apardığı siyasətlə yəni ölkə başçısının özünün ifadə etdiyi kimi “Ermənistanı hər şeydən təcridetmə siyasəti” bu gün işğalçı ölkəni o gərgin vəziyyətdə, səfalət içərisində qoyub. Bu davam etdiriləcək o vaxta qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalından və ölkəmizə qarşı düşmənçilikdən əl çəksin. Dövlət başçımızın apardığı bu siyasət çox uğurla nəticələnir və getdikcə də bəhrələrini verməyə başlayır. Bu heç kimdən gizli deyil”.

sia.az

Digər xəbərlər