Siyasət

  • 2 601

"Ermənistan üçün yeganə xilas yolu sülh yoludur" ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistanın yeganə xilas yolu Azərbaycanla tezliklə sülh istiqamətində addımlar atmaqdan ibarət olmalıdır. Əks halda Ermənistan çox dərin problemlərlə üzləşəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sabah Parisdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.Mən çox istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda işğalçı ölkə tərəfindən müəyyən bir format və real addımlar müşahidə olunsun. Bir sözlə düşünürəm ki, Ermənistan üçün yeganə xilas yolu sülh yoludur. Ermənistanın yeni hakimiyyəti bunu dərk etməlidir və bu addımları atmalıdır. O ki qaldı ATƏT-in sədrinin dəyişməsinin bu proseslərə təsirinə, hesab edirəm ki, buna heç ehtiyac da yoxdur”-deyə, millət vəkili fikrini tamamlayıb.Qeyd edək ki, sabah Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

sia.az

Digər xəbərlər