Siyasət

  • 2 385

"Zaxarova məsələni süni şəkildə şişirdib” ÖZƏL-MÖVQE

image

“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı məsələyə siyasi don geyindirərək prosesləri şişirdib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda Rusiya vətəndaşları var və onlar normal fəaliyyətlərini davam etdirirlər: “Bu mənada hesab edirəm ki, onların Azərbaycan Respublikasının ərazisinə buraxılmasında heç bir əngəl ola bilməz. Düşünürəm ki, burada hansısa bir səhv olub. Bu gün hamımız bilirik ki, Azərbaycanda 30 min erməni yaşayır. Bu baxımdan ölkəmizdə ermənilərlə bağlı heç bir problem yoxdur. Azərbaycan tolerant ölkədir. Biz indinin özündə də deyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunsa və torpaqlarımız işğaldan azad olunsa, biz yenə də Dağlıq Qarabağda yaşamış erməni icmasının bura qayıtmasına qarşı deyilik. Bir sözlə, onlar üçün burada yaşamaq üçün şərait yaradacayıq. Təbii ki, bu baxımdan düşünmürəm ki, milli cəhətdən hansısa problemlər ola bilər. Bəlkə də hüquqi cəhətdən hansısa problemlər olub ki, həmin vətəndaşı ölkəmizə buraxmayıblar. Amma məhz milləti erməni olduğu üçün buraxılmaması düşünürəm ki, əsassızdır. Mariya Zaxarovanın bu məsələni süni şəkildə şişirtməsi isə həmişə olduğu kimi onun Azərbaycana qarşı sərt mövqeyinin göstəricisidir”.

sia.az

Digər xəbərlər