Siyasət

  • 2 325

YAP Ağcabədi rayon təşkilatının yaranmasının 24 illiyi münasibətilə tədbir keçirilib

image

1995-ci il yanvarın 15-də yaradılan Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının hazırda 15 min 30 nəfər üzvü var. Partiya üzvlərindən 6997 nəfəri qadın, 6250 nəfəri gəncdir. Partiya üzvləri rayonun ictimai-siyasi və mədəni həyatında, abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.
Bu barədə YAP Ağcabədi rayon təşkilatının yaranmasının 24 illiyi münasibətilə keçirilən tədbirdə bəhs edilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, qurumun 24 illik fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən ağcabədililər partiya sıralarına həvəslə daxil olurlar. Təkcə ötən il fəal, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən 1036 nəfər partiyaya üzv qəbul olunub.
Tədbirdə digər çıxış edənlər partiya üzvlərini təşkilatın yaranmasının 24-cü ildönümü münasibətilə təbrik ediblər. Tarixi zərurətdən doğan və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın fəaliyyətə başladığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik kimi ülvi prinsiplərə söykəndiyini deyən natiqlər ötən 24 ildə rayon təşkilatının keçdiyi uğurlu yola nəzər salıblar.
Sonda YAP rayon təşkilatının bir qrup fəal üzvünə fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri verilib.

yap.org.az

Digər xəbərlər