Siyasət

  • 2 237

"Kriminal rejimin fəaliyyətinə göz yumanlar məsuliyyətə cəlb olunmalıdırlar" AÇIQLAMA-ÖZƏL

image

“Uzun illərdir ki, “Qarabağ klanı”nın Ermənistanda hökmranlığı, son parlament seçkilərində kriminal rejimin 5 faiz belə səs yığa bilmədiyi halda əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti beynəlxalq strukturların gözü önündə baş tutsa da buna susqunluq nümayiş etdirirlər”. Bu fikirləri SİA-ya politoloq, sabiq diplomat Fikrət Sadıqov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində beynəlxalq təşkilatların Ermənistanda baş verənlərə susması ilə bağlı fikirlərini şərh edərkən deyib.O bildirib ki, Ermənistanda baş verən saxtakarlıqlar beynəlxalq strukturların müşahidəçilərinin iştirakı ilə təsdiqlənib: “Çünki, həmin seçkilərdə beynəlxalq müşahidəçilər, eləcə yüksək səviyyəli rəsmilər iştirak edib və seçkilərin də nəticələri onların iştirakı ilə təsdiqlənib”.Politoloq söyləyib ki, seçkilərdə 5 faiz səs yığa bilməyən kriminal rejimin hansı üstünlüklərindən danışmaq olar?: “Faktiki olaraq bu göstərici onların cəmiyyətdə heç bir reytinq və hörmətə malik olmadığının göstəricisidir. Hələ bu azmış kimi keçmiş baş nazir istefa verərək Paşinyanın haqlı olduğunu etiraf etdi. Bütün bunlar keçmiş hakimiyyətin çürük, zəif olduğunun göstəricisidir. Paşinyan kimisinin heç bir çətinlik çəkmədən onları devirməsi bunu bir daha sübut etmiş oldu”.F. Sadıqov qeyd edib ki, bütün baş verənlər kriminal rejimə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da bu rejimin törətdiyi cinayətlərdə payı var: “İyirmi ildən artıq müddətdə Sarkisyan rejiminə dəstək verələr məsuliyyətə cəlb olunmalıdırlar”.

sia.az

Digər xəbərlər