Siyasət

  • 2 526

"Ermənistan həmişə sabotaj edən bir tərəf kimi tanınıb” ÖZƏL-RƏY

image

“Nəhayət ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək. Arzu edirik ki, bu görüşlər məhsuldar olsun və konstruktiv danışıqlar yönümü alsın. İstəməzdik ki, bu görüşlər vaxt keçirməyə və vaxt qazanmağa hesablansın”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Ermənistan indiyədək danışıqlar prosesində konstruktiv mövqe tutmayıb və danışıqları pozan, gündəliyə gətirilən məsələləri sabotaj edən bir tərəf kimi tanınıb: “Ermənistanın yeni hökumətinin yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan da hələ ki konstruktivliyi ilə nəzərə çarpmır. O da əvvəlki dövrlərin XİN rəhbərləri kimi danışıqlar prosesinin intensivləşdirilməsinə töhfə vermək istəmir. Doğrudur, bu təkcə XİN rəhbərindən asılı deyil, həm də Ermənistan siyasi rəhbərliyinin mövqeyindən asılıdır. Paşinyan artıq baş nazir vəzifəsinə seçilib və mövqeləri möhkəmlənib. Düşünürəm ki, o indi Dağlıq Qarabağ probleminin həllinə daha çox vaxt ayırmalıdır. Hətta onların qəyyumları da danışıqların müsbət reysə yönləndirilməsi üçün səy göstərməlidirlər. Azərbaycan tərəfi məsələnin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə özündən asılı olan bütün addımları atır.Güman edirəm ki, Parisdə XİN rəhbərlərinin görüşündə indiyə qədərki səmərəsiz görüşlərdən fərqli olaraq səmərəli görüşlər olacaq. Onlar elə bir mövqe ortaya qoyacaqlar ki, hazırladıqları mövqe hər iki ölkənin rəhbərliyinin görüşməsinə imkan verəcək”.

sia.az

Digər xəbərlər