Siyasət

  • 3 817

"2019-cu ilin “Nəsimi İli” elan olunması təsadüfi deyil" ÖZƏL-MÜNASİBƏT

image

“Prezident cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan olunması təsadüfi deyil. Çünki ölkə başçısının Sərəncamı ilə Azərbaycanda mənəvi dəyərlərin qorunması, maddi mədəni abidələrin bərpası, qorunması ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Eyni zamanda təsadüfi deyil ki, bu il Azərbaycan təkcə yerli mədəniyyətə yox, həm də beynəlxalq mədəni aləmə, dünyaya töhfələr verən bir ölkədir. Bildiyiniz kimi Bakıda qlobal səviyyədə Hümanitar Forumlar keçirilir, eyni zamanda müxtəlif dialoqlar təşkil olunur. Bununla da dünya mədəni irsinə çox böyük töhfələr verilir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan özü min illər boyu dünyaya mədəni nümunələr, mənəvi dəyərlər bəxş etmiş bir ölkədir, xalqdır: “Bu baxımdan yüz illər öncə yaşamış Nəsimi, Nizami, Füzuli yaradıcılığı buna bir misaldır. Cənab Prezidentin bu məsələyə diqqət ayırması heç də təsadüfi deyil. Sevindirici haldır ki, artıq Azərbaycanın bəşəriyyətə verdiyi töhfələr bu cür təbliğ olunur və onların gündəmə çıxarılması üçün addımlar atılır. Təbii ki, cənab Prezidentin bütün Sərəncamları, göstərişləri Azərbaycanda diqqətlə həyata keçirilir. Azərbaycan mətbuatı, mediası da təbii ki, bu sahəyə diqqət ayırır. Yəqin ki, Azərbaycan mediası digər məsələlərdə olduğu kimi bu məsələdə də geniş təbliğat, təşviqat işləri aparacaq. Çox güman ki, bizim KİV qurumları, jurnalist təşkilatları da fəaliyyətlərini bu sahəyə uyğunlaşdırıb addımlar atacaqlar”.

sia.az

Digər xəbərlər