Siyasət

  • 2 171

"Ermənistan tənəzzül dövrünü yaşayır" ÖZƏL-ŞƏRH

image

“Artıq son zamanlar birmənalı şəkildə sübut olundu ki, cənab Prezident dəfələrlə Ermənistanda həm daxili, həm də xarici siyasətimizdə olan nöqsanlardan danışırdı. Açığını desək ki, Ermənistanın özündə də, beynəlxalq aləmdə də bir çox hallarda Azərbaycanın mövqeyini, bizim mövqelərimizi qərəz kimi qəbul edirlər. Bu mənada hesab edirəm ki, cənab Prezidentin söylədikləri tam həqiqətə söykənirdi”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.Siyasi şərhçinin sözlərinə görə, son zamanlar Ermənistanın özündə cərəyan edən hadisələr göstərir ki, işğalçı ölkədə korrupsiya baş alıb gedib: “Korrupsiya o dərəcədə yüksək səviyyədədir ki, hətta onlar bunu gizlədə bilmirlər. Onlar məcburdurlar ki, yeni cinayət işləri açsınlar və keçmiş rejimdə mövqe tutmuş insanları, hətta eks-prezidentləri cinayət məsuliyyətinə cəlb etsinlər. Hal-hazırda Ermənistan bütövlükdə öz tənəzzül dövrünü yaşayır. Ermənistandakı korrupsiya Ermənistan cəmiyyətini çökdürüb. Azərbaycanın onlara qarşı haqlı olaraq həyata keçirdiyi siyasət nəticəsində Ermənistan cəmiyyəti elə bir vəziyyətdədir ki, hal-hazırda Paşinyan düşünür ki, bəlkə heç olmasa bu yolla büdcəyə əlavə vəsait gətirsin. Təbii ki, bunlar da fayda verməyəcək. Çünki hazırki o münasibətlər, dövlətlərin inkişaf tendensiyası və s. ona söykənir ki, dövlətlər bir-birinin arasında əməkdaşlıq etməli, iqtisadi münasibətləri qurmalı və bu əməkdaşlıq nəticəsində qalxmalıdırlar.Ermənistanın bu gün nisbətən normal şəkildə əməkdaşlıq etdiyi cəmi iki dövlət var. Onlardan biri İran, digəri isə Rusiyadır. Hər iki dövlətlə münasibətlərdə də problemlər var. Rusiya ilə problem ona söykənir ki, onların birgə sərhəddi yoxdur. Yəni hər şey Gürcüstan üzərindən və yaxud hava yolu ilə gəlməlidir. İranla bağlı isə məsələ odur ki, artıq neçə ildir ki, bu dövlətə qarşı iqtisadi sanksiyalar özünü göstərir. Belə olan halda Ermənistanın müsbət gələcəyinin də yalnız bir çıxış yolu var o da yalnız Azərbaycanla əməkdaşlıqdan keçir. Başqa variant yoxdur”.

sia.az

Digər xəbərlər