Siyasət

  • 2 502

"İdarəetmə strukturu sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırılır" AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycanda keçirilən struktur islahatlarının mühüm xüsusiyyətlərindən biri dövlət idarəetmə strukturunun indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizdə idarəçilik strukturu ilə sosial-iqtisadi inkişaf təmayülünün bir-birini tamamladığını, bir-birinə təkan verdiyini və bir-birinin çatışmayan, zəif nöqtələrini üzə çıxara bildiyini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, məhz bu xüsusiyyət Azərbaycanda idarəçilik strukturunun uzunömürlüyünü təmin edən çox möhkəm şərtlərdən biridir.Struktur islahatları ilə bağlı qərarın əsaslı elmi-nəzəri və praktiki təhlillərin yekunu olaraq meydana çıxdığını deyən A.Quliyev söyləyib ki, başlanmış struktur islahatlarının xüsusiyyətlərindən biri də ölkədə biznes mühitini daha da yaxşılaşdırmaq, mövcud strukturların fəaliyyətini əsasən sağlam rəqabətli bazarın tələblərinə uyğunlaşdırmaq, strukturların fəaliyyətinə kənar, lüzumsuz müdaxilələri sıfıra endirmək və nəticədə inkişaf proseslərinin bazar və dövlət tənzimlənməsi arasında ən optimal balans nöqtəsini tapmaqdır:“Prezident İlham Əliyevin struktur islahatları ilə bağlı yeni fərmanlarını bu kontekstdə dəyərləndirmək lazımdır. Dövlət başçısı yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, idarəçilik strukturlarında köhnəlmə olduğu üçün islahatlar aparmaq zərurəti var. Ardınca isə idarəçilik strukturunun ilk islahat sənədi rəsmən elan edildi. Bu o deməkdir ki, cənab Prezident dövlət idarəçilik sisteminin gündəlik iş rejimi üzərində ardıcıl müşahidə və təhlillər aparır, gərəkli müdaxilələr edərək vaxtında prinsipial qərarlar qəbul edir. Prezident İlham Əliyev Azərbaycandakı sistemin öz-özünü təkmilləşdirmək qabiliyyətinə malik olduğunu növbəti dəfə göstərdi".A.Quliyev qeyd edib ki, ləğv olunan, hüquqi statusu dəyişdirilən və yeni yaradılan qurumlar idarəçiliyin səmərəliliyini artırmaq və nisbətən az resurslar əsasında daha böyük nəticələr əldə etmək məqsədi daşıyır: "Daha dəqiq desək, məqsəd illərdən bəri davam edən sosial-iqtisadi inkişaf proseslərinin ortaya çıxardığı idarəçilik boşluqlarını daha optimal variantlarla doldurmaqdır. Beləliklə, Prezidentin həyata keçirməyə başladığı struktur islahatlarının ilk dəyərli özəlliyi sistemin özünü təkmilləşdirmək qabiliyyətində olmasını nümayiş etdirməsidir”.

sia.az

Digər xəbərlər