Siyasət

  • 2 853

"Nəsimi ili"NİN elan edilməsi ədəbiyyatımıza qayğının göstəricisidir RƏY-ÖZƏL

image

“Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək qiymət verdiyini daha təzahürü oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.Cari ilin “Nəsimi ili” elan edilməsini təqdirəlayiq hadisə adlandıran deputat söyləyib ki, bu addım Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyətə malik olacaq.P.Kərimzadə bildirib ki, qüdrətli söz ustadı Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib:“Mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən sənətkarın cəsarətli, həqiqət pərəstliyi, qorxmazlığı tərənnüm edən əsərləri 650 il sonra da öz aktuallığını qoruyub saxlayır, bəşəriyyətin mütərəqqi ideyaları, idealları ilə üst-üstə düşür. Ölkə Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan etməsi mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğının göstəricisi ilə yanaşı, azad ruhlu şairin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına böyük təkan olacaq”.

sia.az

Digər xəbərlər