Siyasət

  • 2 548

"Avropa Fransada insan haqlarının pozulmasına niyə reaksiya vermir? ÖZƏL-ŞƏRH

image

“Bu gün Avropanın özü belə bumeranqdır. İndiyədək Avropa digər ölkələri insan haqlarının, demokratiyanın pozulması ilə günahlandırırdı. Amma hazırda Avropanın özü başqa ölkələrdən fərqli olaraq insan haqqlarının ən kobud şəkildə pozulduğu bir yerdir. Hətta şahidi oluruq ki, onlar adi iqtisadi tələblərlə başlanan məsələlərə nə cür reaksiya verirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Politoloqun sözlərinə görə, əgər Avropa qanunları Konstitusiyasına uyğun hakimiyyətə riayət edib insan haqlarını tanıyacaqsa, “sarı jiletli”lərin tələblərinə obyektiv yanaşacaqsa deməli proseslər yatacaq: “Bu olmadıqda isə mütləq hakimiyyət dəyişikliyi olmalıdır. Yəni hansısa ölkədə parlament seçkiləri yenidən keçirilə bilər, eləcə də hansısa ölkədə hakimiyyət rəsmisi istefa verə bilər. Çünki Avropa ölkələrində insan haqlarının pozulmasına reaksiya çox kəskin olub. Bunlar zaman-zaman demokratiyaya öyrəşmiş insanlardır. Ona görə də çox güman ki, Fransada Makron hakimiyyətinin ömrü uzun olmayacaq”.Fransada davam edən aksiyalarla bağlı Azərbaycanın mövqeyinə gəlincə, hesab edirəm ki, ölkəmizə qarşı indiyədək qərbin etdiyi tənqidlərə qarşı bu proseslər Azərbaycan üçün bir imkandır: “Məsələn, bizdə bir jurnalist həbs olunan kimi onlar aləmə car çəkirlər. Hətta Avropa təşkilatları bizə qarşı təzyiqləri artırırlar. Bir sözlə, onlar milçəyi böyüdüb fil edirlər. Halbuki özləri xeyli sayda insanı haqsız yerə həbs ediblər. Bəs o zaman sizin dediyiniz demokratiya harada qaldı? İnsan haqları ilə məşğul olan beynəlxalq qurumlar niyə Fransadakı insan haqlarının pozulmasına reaksiya vermirlər? Hesab edirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir”.

sia.az

Digər xəbərlər