Siyasət

  • 3 338

İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir

image

Gürcüstan bölgədə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Eyni zamanda, regional münaqişələrin həllində və ərazilərin işğaldan azad olunmasında, təhlükəsizliyin bərpasında maraqlıdır.

Bu sözləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Parisə səfəri çərçivəsində Fransa Milli Assambleyasının xarici əlaqələr komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.
O deyib ki, Gürüstanın Azərbaycan, Türkiyə və digər ölkələrlə sıx əlaqələri var. Gürcüstan əlverişli coğrafi mövqeyi və xarici siyasəti ilə bütün bölgədə sabitlik və inkişafa dəstək verir. Həmçinin Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin həyata keçirilməsində iştirak edir.
İ.Kobaxidze ölkəsinin qlobal təhlükəsizliyin təmin olunması üçün maksimum töhfə verməyə çalışdığını vurğulayıb.

yap.org.az

Digər xəbərlər