Siyasət

  • 2 124

"Azərbaycan regionun əhəmiyyətli sabitlik və inkişaf təminatçısıdır" RƏY-ÖZƏL

image

“Aparılan təhlillər göstərir ki, son dövrlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində əsaslı dəyişikliklər üçün həqiqətən də real zəmin yaranıb və bu zəmin bəzi başqa faktorlarla yanaşı, əsasən Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin məqsədyönlü və sistemli fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait yarandığını artıq dünyada da çoxları görməyə başlayıb.Onun sözlərinə görə, bəziləri münaqişənin həlli üçün yaranmış yeni şəraiti Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqələndirməyə çalışsa da, bunu qətiyyən həlledici amil kimi qəbul etmək olmaz: “Bu faktor, yəni Ermənistanda hakimiyyət dəyişikliyi ən yaxşı halda müəyyən qədər təsirli rol oynayan faktor kimi nəzərdən keçirilə bilər. Təkcə bunu nəzərə almaq lazımdır ki, Ermənistanın yeni hakimiyyəti hələlik münaqişənin real həllinə təsir göstərə bilən bircə bəyanat səsləndirməyib, əksinə, pozucu xarakterli bəzi mülahizələrlə sülh prosesini daha da çətinə salmaqla məşğul olub. Amma reallıq budur ki, münaqişənin həlli üçün yaranmış əlverişli şərait əsasən və həlledici səviyyədə məhz Azərbaycan diplomatiyasının regional və qlobal miqyasda apardığı işlə bağlıdır”.Prezident İlham Əliyevin dünyanın bütün qütblərinin maraqlarını uzlaşdıra bilən balanslı xarici siyasət həyata keçirdiyini deyən A. Quliyev söyləyib ki, məhz bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən bütün qlobal layihələrdən təcrid olunub: “İndi regionumuzun bütün ölkələri başa düşür ki, Azərbaycansız hər hansı layihənin uğurundan danışmaq olmaz. Çünki, ölkəmiz regionun əhəmiyyətli sabitlik və inkişaf təminatçısıdır”.Ekspert söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli şəraitin yaranmasına Azərbaycanın fəal və yaradıcı regional siyasəti xüsusilə təsir göstərir: “Bu kontekstdə Azərbaycanın regionda formalaşdırdığı ikitərəfli, üçtərəfli və hətta çoxtərəfli əməkdaşlıq formatlarının müstəsna təsiri var. Region dövlətlərinin xüsusi maraqları yaranıb ki, münaqişənin tezliklə həllinə nail olmaqla Azərbaycanın malik olduğu potensial imkanlarla daha geniş təmaslar qura bilsinlər. Ən mühüm məqam isə odur ki, Azərbaycan Ermənistanın təcrid siyasətini çox uğurla apararaq bunu təsirli silaha çevirə bildi”.

sia.az

Digər xəbərlər