Siyasət

  • 1 935

"Cənab Prezident hər addımı ilə örnəkdir" ÖZƏL-ŞƏRH

image

“Cənab Prezidentin atdığı bütün addımlar, verdiyi bütün qərarlar, apardığı məqsədyönlü siyasət Azərbaycanımızın, dövlətimizin, millətimizin xoş günləri, rifahı və inkişafı naminədir. Bu kontekstdə kadr islahatlarının da xüsusi rolu və çəkisi var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, ölkə Prezidenti daim yenilikçiliyi, dinamikliyi və praqmatikliyi ilə diqqət cəlb edib: “Yəqin bu səbəbdəndir ki, gənclərə, novator kadrlara, işini bilən mütəxəssislərə hər zaman şans verir, etimad göstərir. Məmur komandasında yerdəyişmə mütləq, labüd və təbii haldır. Bu yerdəyişmə idarəetməyə yüksək stimul verən komponentdir. Sadəcə cənab Prezidentin ən özəl xüsusiyyətlərindən biri odur ki, o hər şeyi zamanında və zərgər dəqiqliyi ilə edir. Ona görə siyasi sistemdə, idarəetmədə heç bir problem yoxdur. Prezident İlham Əliyev hər zaman söyləyir ki, bizim ən böyük kapitalımız zəkalı, təhsilli, elmli insanlardır. Çünki dövlət idarəetməsinin keyfiyyətli gələcəyi həmin kadrların miqyasından asılı olacaq.Əminliklə söyləmək olar ki, bu miqyas artıq indidən böyükdür və həmin kadrlar öz bilikləri, səriştələri ilə öz dövləti, öz milləti üçün çalışırlar. Əgər diqqət edirsinizsə bütün vəzifə təyinatlarında, yerdəyişmələrdə təhsil bazası, individual bacarığı, peşəkarlığı ən üst səviyyədə olan insanlara daha çox üstünlük verilir. Bu da cəmiyyət, xalq, ziyalı elektoratı tərəfindən son dərəcə müsbət qarşılanır. Cənab Prezident hər addımı ilə örnəkdir. Apardığı kadr islahatları ilə də, ləyaqəti ilə də, peşəkarlığı ilə də”.

sia.az

Digər xəbərlər