Siyasət

  • 2 288

"Azərbaycan təcrid siyasəti ilə Ermənistan üzərində mühüm qələbə əldə edib" AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da söylədi ki, ölkəmiz son dövrlərdə təcrid və təzyiq siyasətindən istifadə etməklə Ermənistan üzərindən həm iqtisadi, həm hərbi baxımdan mühüm qələbə əldə edib. Qələbə dedikdə bura Azərbaycanın bir sıra dövlətlərlə ikitərəfli əlaqələri, regional layihələrin icrası nəticəsində qlobal təhlükəsizlikdə təhdidin qarşısının alınması istiqamətində atılan addımlar daxildir ki, bu da nəticə etibarı ilə Ermənistanın təcridinə səbəb olub”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Ermənistan bütün bunları nəzərə alaraq bir mənalı şəkildə başa düşməlidir ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli kuliminasiya nöqtəsi olmasa, Azərbaycan həyata keçirdiyi hücum diplomatiyasından daha çox istifadə edəcək: “Yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə regional inkişaf, eyni zamanda hər iki dövlətin vətəndaşlarının sülhə hazırlanması məsələsi məhz bu istiqamətdə atılan addımlardandır”.Siyasi şərhçi bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu istiqamətdə bəyanatları Azərbaycanı tam şəkildə razı salmasa da, ölkəmiz öz münaqişənin həlli ilə bağlı həyata keçirdiyi siyasətini davam etdirməkdədir: “Düşünürəm ki, ölkəmiz tərəfindən həyata keçirilən balanslı siyasəti düzgündür və Ermənistanın bu siyasət nəticəsində düşdüyü vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu danışıqlar masasına əyləşmək, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində konstruktiv mövqe göstərməsidir ”.A. Nağıyev qeyd edib ki, XİN başçılarının son görüşündən sonra növbəti danışıqların fevral ayına keçirilməsi bu gün Ermənistan hakimiyyətinin vəzifə bölgüsü ilə məşğul olduğunu göstərdi: “ Bu gün Ermənistanda əsas məsələ hökumətin formalaşmasıdır. Ola bilsin Azərbaycan tərəfi bu görüşə yeni formalaşmış hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hansı addımlar atdığını bilmək üçün getdi. Ermənistan bir ay müddətində hakimiyyətini formalaşdırmalı və növbəti görüşdə öz mövqeyini ortaya qoymalıdır”.

sia.az

Digər xəbərlər