Siyasət

  • 2 299

"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır" AÇIQLAMA-ÖZƏL

image

"Avropa Parlamentində anti-Azərbayan qətnaməsinin qəbul edilməsi ilk hadisə deyil. Avropa Şurasında da biz dəfələrlə erməni diasporu ilə bağlı bəzi qüvvələrin hər bir fürsətdən istifadə edərək ölkəmizə qarşı müxtəlif hücumlar həyata keçirdiyini görmüşük”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Ölkəmizə qarşı çox ciddi informasiya müharibəsi mövcud olduğunu deyən deputat söyləyib ki, burada əsas səbəb Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Onlar bununla Azərbaycanın daxilində erməni azlığının yaşaya bilməyəcəyini, resjimin pis olduğunu göstərməyə çalışırlar”.A.Mollazadə bildirib ki, zəngin erməni diasporu korrupsiya üsullarından istifadə edərək bəzi Avropa siyasətçilərini bu prosesə cəlb edir: “Bunu çox ciddi şəkildə araşdırılmasına ehtiyac var. Ümidvaram ki, Avropada bu istiqamətdə ciddi anti-korrupsiya tədbirləri həyata keçiriləcək və Azərbaycan bu istiqamətdə fəal olmalıdır”.Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsinin səngərdə gedən döyüşlər kimi çox təhlükəli olduğunu dilə gətirən deputat vurğulayıb ki, bu məsələdə ölkəmiz fəal mübarizə aparmalıdır: “Erməni təşkilatlarının saytlarına baxdıqda, onların Azərbaycan qarşı fəaliyyət həyata keçirdiyini açıq şəkildə görmək mümkündür. Hətta onlar tərəfdaşlarından istifadə edərək Azərbaycan qarşı qətnamələr qəbul etdirdiklərini özləri də etiraf edirlər”.

sia.az

Digər xəbərlər