Siyasət

  • 2 048

"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır" MÖVQE-ÖZƏL

image

“Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli, mənasız, sifarişli qətnamə və qərar qəbul etməsinin arxasında bu parlamentin üzvü olan muzdlu deputatların fəaliyyəti dayanır. Həmin şəxslər Azərbaycanı sevməyən qərəzli qüvvələrin sifarişlərini yerinə yetirirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, Avropa Parlamentində özlərinə isti yer tapan bəzi şəxslər ölkəmizə qarşı daim qara yaxma kampaniyası həyata keçirməyə cəhd edən erməni təşkilatları, diasporu, lobbiləri, “Soros” Fondunun maliyyələşdirdiyi müəyyən qurumların ianələri hesabına Azərbaycana qarşı qərəzli qətnamə və qərarlar qəbul edirlər.Qətnamənin əsassız olduğunu deyən E. Məmmədov söyləyib ki, bir şəxslə görə belə “narahat” olanlar niyə Fransada həbsxanalara doldurulan 5 mindən çox nümayişçi haqqında söz demir:“Fransada baş verənlər nəticəsində həyatını itirən yüzlərlə xəsarət alanlar var. Avropa Parlamentində Azərbaycana qarşı qətnaməyə səs verən, sənədi hazırlayan deputatlar kordular niyə bunları görmürlər? Niyə illərdir yandırılan məscidlər, müsəlman mühacirlərinə qarşı edilən təzyiqlər haqqında danışmırlar? Azərbaycana qarşı sənədə səs verən deputatların təmsil olunduğu ölkələr Aralıq dənizini miqrant qəbiristanlığına çeviriblər heç bu haqda danışan və ya qətnamə qəbul edən də yoxdur. Bütün bunlar Azərbaycan qarşı yenə də ikili standartlığın, şər, böhtan kampaniyasının göstəriciləridir. Onlar bu cür yollarla ölkəmizdə qarışıqlıq salmaq, dövlətçiliyi zəiflətmək, ictimai asayişi pozmağa cəhd edirlər”.Deputat bildirib ki, Azərbaycana qarşı müxtəlif oyunlardan istifadə etmək istəyənlər hər zaman olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcəklər: “Çünki, Azərbaycanda xalq-iqtidar birliyi təmin olunub. Ölkə iqtidarı özünün bütün fəaliyyətini xalqının rifah halının, həyat səviyyəsinin yaxşılaşdırmasına yönəldib”.E.Məmmədov əlavə edib ki, ölkəmizə qarşı həyata keçirənlərin oyunların arxasında duran əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqdır: “Avropada Azərbaycanı sevməyən, düşmən mövqeyində olan strukturlar ölkəmizlə Rusiya, Rusiya-Azərbaycan-Türkiyə, Rusiya-Azərbaycan-İran münasibətlərindən narahat olmağa başlayıblar. Onlar görür ki, ölkəmiz həyata keçirdiyi iri layihələr hesabına beynəlxalq nəqliyyat dəhlizinə çevrilib, güclənib və bütün bunlar sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə daha da yaxınlaşıb. Ermənipərəst qüvvələr bizim bu işimizə mane olmağa, torpaqlarımızın işğal altında qalmasına çalışırlar”.

sia.az

Digər xəbərlər