Siyasət

  • 2 563

"Milli Şura gərginlik yaratmağa çalışır" AÇIQLAMA-ÖZƏL

image

"Milli Şuranın ümumxalq hüzn günü qarşıdurma yaratmaq istəyi və müxalifətin mitinq keçirməsi və orada əsassız şüarların səsləndirməsi hakimiyyət davası ilə əlaqədardır. Burada məsələ kiminsə hüquqlarının pozulması deyil, onlar bu məsələdən istifadə edərək hər hansı fikir irəli sürmək, özlərini meydanda göstərməyə çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.O bildirib ki, nə mitinq, nə də qarşıdurma xalqın istəyi ilə həyata keçirilmir: “Xalqımız ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıqdan tam razıdır. Çünki, xalq qarşıdurma yaratmaq istəyən qüvvələrin vaxtilə nələrə “nail” olduqlarını görüb. Azərbaycan xalqı, düşüncəli, uzaqgörən, ağıllı xalqıdır. Onlar heç zaman uğursuz fəaliyyət göstərənlərin məqsədləri arxasında getmir”.A.Badamov söyləyib ki, 20 Yanvar günündə qarşıdurma yaratmaq istəyən Milli Şurada təmsil olunanların özü bu faciənin baş verməsində günahkar şəxslərdir: “Onlar xalqımız, ölkəmiz üçün vacib olan günlərdə küçələrə çıxaraq, vəziyyətdən istifadə edib insanları guya öz arxaları ilə aparmaq istəyirlər. İnsan hüzn günü onsuz da Şəhidlər Xiyabanına axın edir və qəhrəmanlarımıza öz ehtiramlarını bildirirlər. Milli Şura da fürsətdən istifadə edib vəziyyəti gərginləşdirməyə çalışırlar. Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında cavab verməlidir. Hər bir keçiriləcək mitinq, tədbir qanun çərçivəsində olmalıdır. Kim qanuna riayət etmirsə, qanun qarşısında cavabını verməlidir”.

sia.az

Digər xəbərlər