Siyasət

  • 2 424

"Azərbaycan Ermənistanın iqtisadi tənəzzülünün əsaslarını qoyub" MÖVQE-ÖZƏL

image

“Azərbaycan bir sıra beynəlxalq layihələri həyata keçirməklə və layihələrə qonşu ölkələri qoşaraq Ermənistanı bu layihələrdən təcrid edərək, bu ölkənin iqtisadi tənəzzülünün əsaslarını qoyub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Azərbaycanın həyata keçirdiyi xarici siyasət nəticəsində yaxın dostluq, dərin iqtisadi əlaqələr quran ölkələrlə münasibətləri daha da inkişaf etdirdiyini deyən politoloq söyləyib ki, bütün bunlarla yanaşı ölkəmizin dünya üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi layihələr dünya tərəfindən təqdir edilir.Q. Hüseynli bildirib ki, Azərbaycan Cənubi Qafqazda iri layihələrin həyata keçirilməsinin təşəbbüskarı və həm də həmin layihələrin maliyyə qaynaqçısı funksiyasını öz üzərinə götürən ölkə kimi tanınır: “Bu layihələrə Bakı –Tbilisi- Ceyhan iri neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, TANAP, Bakı-Supsa, TRASEKA xətti ilə İpək Yolu və digərləri daxildir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi nəticəsində Avropa və Asiyanı birləşdirən dəmir yol xətti yaranıb. TANAP vasitəsilə isə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm ölkəyə çevrilib”.Politoloq qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrə qonşu ölkələrin qoşulması Ermənistanın vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarıb: “Çünki, ölkəmiz reallaşdırdığı layihələrlə həm region ölkələrinin iqtisadiyyatına mühüm töhfələr verir, həm də ümumilikdə regionun təhlükəsizliyini qaranta almış olur”.

sia.az

Digər xəbərlər