Siyasət

  • 2 227

"Ermənistanda yeni hökumətin xarici siyasət prioritetləri cızılmır" RƏY-ÖZƏL

image

“Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü müsbət amil idi. Bu danışıqlar prosesində erməni tərəfi Azərbaycanın qəti və prinsipal mövqeyini yenidən eşitdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.O bildirib ki, hazırda gündəlikdə münaqişənin həlli istiqamətində konkret proqram olmalıdır: “Konkret məqamlarda Ermənistan silah qüvvələrinin Azərbaycanı tərk etmə məsələsi müzakirə olunmalı, onlara müəyyən təzyiq göstərilməlidir.Son görüşdən sonra həmsədrlər xalqları sülhə hazırlamaqla bağlı bəyanat yaydılar. Bu bəyanatın nəyəsə gətirib çıxaracağını düşünmürəm. Çünki Azərbaycan xalqı sülhə çoxdan hazırdır. Sülhə hazırlığı biz deyil, erməni tərəfi etməlidir”.F. Sadıqov söyləyib ki, Ermənistan ilk növbədə BMT-nin 4 qətnaməsini yerinə yetirməli, beynəlxalq hüquq normalarına əməl etməlidir: “Ümumiyyətlə Ermənistan hakimiyyətində orada təmsil olunanın kimliyindən asılı olmayaraq Dağlıq Qarabağ bağlı mövqe eynidir. Ermənistanda yeni hökumət formalaşsa da, onların xarici siyasət prioritetləri cızılmır. Yeni hakimiyyəti qonşu ölkələr, Azərbaycanla münasibətləri, Dağlıq Qarabağla bağlı planları haqqında heç bir fikir irəli sürmürlər. Onlar sadəcə olaraq ümumi şəkildə danışıqlarda iştirak edəcəklərini, məsələnin sülh yolu ilə həllinin lazımlılığını deyirlər. Amma bu bizə yetərli deyil. Bizə konkret ifadələr və addımlar lazımdır”.Politoloq qeyd edib ki, Azərbaycan tərəfi diplomatik yoldan dönmək fikrində deyil və dəfələrlə bununla bağlı mövqeyini otaya qoyub: “Ölkəmiz danışıqları davam etməyə hazırdır. Sülhə gedən yol Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir. Həmsədr dövlətlər Ermənistanı bu yola istiqamətləndirməlidirlər. Amma nədənsə onlar illərdir ki, vasitəçilik müddətində sadəcə müsbət fon yaratmağa çalışırlar. Görünür onların əsas vəzifələri münaqişə tərəflərini stol arxasına əyləşdirib, sonradan reallığa uyğun olmayan bəyanatlar verməkdən ibarətdir”.

sia.az

Digər xəbərlər