Siyasət

  • 3 386

Fayez bin Abdulla Al-Şehri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir

image

Yanvarın 21-də Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrin yüksək səviyyədə inkişafında maraqlı olduğunu deyib. Sədr qeyd edib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin bu ölkəyə səfərlərinin böyük rolu olub. Bu görüşlər zamanı ölkələrimiz arasında 20-ə yaxın sənəd imzalanıb, hazırda 11 sənəd imzalanmaq üçün hazırlanır. Bütün bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.
İqtisadi əlaqələrin inkişafından söz açan Milli Məclisin sədri bu sahədə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının 16 şirkəti fəaliyyət göstərir. Azərbaycanda biznes mühitinin çox yaxşı səviyyədə olduğunu diqqətə çatdıran Oqtay Əsədov indiyədək ölkəmizə 250 milyard dollar investisiya qoyulduğunu deyib.
Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.
Nümayəndə heyətinin rəhbəri Fayez bin Abdulla Al-Şehri qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərir. O cümlədən Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

yap.org.az

Digər xəbərlər