Siyasət

  • 4 389

“Arpaçay Open” beynəlxalq karate turnirinə yekun vurulub

image

Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi “Arpaçay Open” beynəlxalq karate turniri başa çatıb. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan komandası ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çexiyadan 1100-dək idmançı qüvvəsini sınayıb.urnirdə fərdi kata, 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin müxtəlif çəkilərdə kumite yarışları keçirilib.Yekun nəticəyə görə, birinci yeri “Qara Qaplan” idman klubunun (11 qızıl, 13 gümüş, 20 bürünc medal) karateçiləri tutublar. “Arpaçay” idman klubunun üzvləri (11 qızıl, 10 gümüş, 9 bürünc) turniri ikinci, hesabında 8 qızıl, 2 gümüş və 3 bürünc medal olan “SKİF AZERBAIJAN” isə üçüncü pillədə başa vurublar.Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçirilib.

sia.az

Digər xəbərlər