Siyasət

  • 3 696

"Qərəzli addımların məqsədi Azərbaycanı istədikləri kimi yönəltməkdir" AÇIQLAMA-ÖZƏL

image

“Xaricdən Azərbaycana qarşı yönələn hücumlara birinci dəfə deyil ki, rast gəlirik. Artıq illərdir ki, bəzi dairələr, Avropa Parlamenti və digər təşkilatlar tərəfindən ölkəmizə qarşı əsasız təzyiqlər edilir, obyektiv olmayan münasibət göstərirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.O bildirib ki, Azərbaycan qarşı qərəz nümayiş etdirən qüvvələrin məqsədi ölkəmizi istədikləri yönəltməkdir.Deputat söyləyib ki, ölkəmizi istəməyən qüvvələr Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları zamanı bir çox hallarda məsələnin mahiyyətinə varmadan, əsassız fikirlər irəli sürür, addımlar atırlar: “Avropa Parlamentində Mehman Hüseynovla bağlı qəbul edilən qətnaməyə səs verənlər Azərbaycan haqqında bixəbərdirlər, nəinki məhbus haqqında. Onlardan bu haqda nəsə soruşsaq heç bir məlumata malik deyillər”.R.Musabəyov qeyd edib ki,bəzi dairələrin istəyi Azərbaycanı yürütdüyü müstəqil siyasətdən çəkindirib, istədiklərini etdirmək və istədikləri kimi yönəltməkdir: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bununla bağlı qəti mövqeyini ortaya qoyaraq bunun mümkünsüz olduğunu beynəlxalq aləmə bəyan edib. Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə qurub və onu davam etdirməkdədir. Bu baxımdan Azərbaycana edilən təzyiqləri hər zaman olub, indidə var. Azərbaycan gördüyünüz kimi həmin qüvvələrə qarşı hər zaman mübarizə aparıb və bu gündə bunu davam etdirməkdədir”.

sia.az

Digər xəbərlər