Siyasət

  • 3 669

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub

image

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirən nazir Elmar Məmmədyarov iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaqlar münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini bildiriblər. Bu xüsusda, tərəflər davamlı səylərin artırılmasının, eləcə də iqtisadi və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirdilər.
Tərəflər ikitərəfli dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər.
Fayez bin Abdulla Əli Əl-Şəhri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyinin dəyişməz qaldığını, münaqişənin beynəlxalq hüququn əsas prinsipləri, ələlxüsus Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər