Siyasət

  • 3 613

"Söyüş və təhqiri siyasətə gətirmək olmaz" ÖZƏL-RƏY

image

"Ümumiyyətlə hesab edirəm ki, müxalifətin Mehman Hüseynov faktorundan istifadə edərək şou yaratmaq cəhdlərinin heç bir əsası yoxdur. Əslində hər kəsə də bəllidir ki, bu radikal siyasi qüvvələrin hansı məqsədi var və nəyə nail olmaq istəyirlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Millət vəkilinin sözlərinə görə, sadəcə olaraq Mehman Hüseynov amilindən onlar öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər: "Amma bunların heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan dövlətinin rəhbərinin həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq aləmdə çox ciddi reytinqi var. Azərbaycanda müəyyən qrup insanları bu cür mitinqlərə cəlb edə bilirlər. Nəzərə alsaq ki, Azərbaycan Prezidentinə xalqın mütləq əksəriyyətinin böyük dəstəyi var. Prezidentin istənilən təşəbbüsü xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və müdafiə olunur. Azərbaycanda sonuncu referendum və ötən ilin aprel ayının 11-də keçirilən prezident seçkilərinin nəticələri də dediklərimizi təsdiqlədi. Təbii ki, bunu müxalifət də çox gözəl bilir. Hesab edirəm ki, müxalifət öz davranışı ilə yalnız və yalnız hakimiyyətə müxalif ola bilər. Ancaq o konstruktiv müxalif olmalıdır, tənqid etməlidir, eyni zamanda çıxış yollarını, təkliflərini də verməlidir.Söyüş və təhqiri siyasətə gətirmək olmaz. Bunlar çox önəmli məsələlərdir. Eyni zamanda müxalifət özündə bir siyasi iradə tapıb iqtidarın qazandığı uğurları da dilinə gətirməlidir, buna sevindiyini də ifadə etməlidir. Çox istərdik ki, bizim radikal müxalifət məhz Azərbaycan dövlətinin, hakimiyyətinin aprel döyüşlərində qazandığı tarixi nailiyyətlərə, eyni zamanda Lələtəpənin alınmasına, Cocuq Mərcanlı kimi tarixi qayıdışa və s. bu kimi çox mühüm tarixi əhəmiyyətli hadisələrə sevindiyini, məmnun qaldığını ifadə etsin. Bununla belə hakimiyyətin bu və ya digər addımlarını tənqid də edə bilər. Yəni hakimiyyətə müxalifətdə olub xalqına, dövlətinə, dövlətçiliyinə müxalifətdə qalmaq olmaz. Əsas ideya budur”.

sia.az

Digər xəbərlər