Siyasət

  • 5 348

"Ümumxalq matəm günündən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" AÇIQLAMA-ÖZƏL

image

“Gərgin dünyada baş verən proseslərin fonunda Azərbaycan kimi bir ölkədə qarşıdurma yaratmaq yolverilməzdir. Son dövrlərdə müxtəlif yollardan istifadə edərək müxalifətin qarışıqlıq yaratmaq istəyinin arxasında da müəyyən təlimatlar dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.Müxalifətin Mehman Hüseynovdan istifadə edərək asayişi pozmaq istədiyini deyən baş redaktor söyləyib ki, hazırda məsələnin yüksək səviyyədə həll olunmasından sonra da bundan istifadə etməsinə yol vermək olmaz: “Siyasi mübarizədə aksiyalardan, mitinqlərdən istifadə etmək olar. Amma bunun sağlam və düzgün şəkildə qurulması mütləqdir”.Növbəti illərdə parlament, bu il isə ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladan A. Aşırlı qeyd edib ki, radikal müxalifətin son addımlarının arxasında bu siyasi prosesləri önləmək məqsədi də daşıyır: “Lakin bunu normal mübarizə hesab etmirəm. Çünki heç bir halda siyasi qarşıdurmalara yol vermək olmaz”.Baş redaktorun sözlərinə görə, Milli Şuranın ümumxalq matəm günündən istifadə etməsi qanunvericiliyə ziddir: “Hər kəs belə günlərdə ona uyğun şəkildə davranış göstərməlidir. Şəhidlər Xiyabanından qarşıdurma və ya siyasi məqsədlərdən istifadə yolverilməzdir. Bu nə bizim adət-ənənəyə, nə xalqın keçib gəldiyi, yaşadığı yol uyğun deyil. Belə gərginliklər yaratmaq heç bir siyasi qüvvəyə müsbət nəsə vəd edə bilməz”.

sia.az

Digər xəbərlər