Siyasət

  • 3 416

"Anti-milli qüvvələrin planları alt-üst edildi" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə, bu gün müxalifət xaricin diqtəsi ilə idarə olunur. Məqsəd isə Mehman Hüseynovdan Azərbaycan dövlətinə və rəhbərliyinə qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək idi. Azərbaycan uzun illərdir ki, avrointeqrasiya prosesinə çox mühüm töhfələr verir. Ölkəmizin Avropaya inteqrasiya prosesində çox böyük uğurları var". Bunu SİA-ya açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.Onun sözlərinə görə, 2019-cu ildə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli tərəfdaşlıq sazişi imzalanması nəzərdə tutulur: "Belə bir mühüm sənədin imzalanması ərəfəsində təbii ki, xaricdəki anti-milli qüvvələr, eyni zamanda erməni lobbisi sakit dura bilməzdi. Onlar bu uğurlu prosesin qarşısını almaq üçün Mehman olayını seçdilər. Düşünürəm ki, bu onların əlinə düşmüş “fürsət” idi. Əgər həbsxanada Mehmanla bağlı məlum insident baş verməsə idi, onlar başqa bir şey tapacaqdılar. Hətta özləri nəsə uydurmağa hazır idilər. Onların əllərinə çox yaxşı bir “fürsət” düşdü və bundan istifadə etməyə çalışdılar. Xaricdən gələn sifariş əsasında Milli Şura da öz tərəfdarlarını mitinqə səslədi. Beləcə müxalifət liderlərinin uğursuz çıxışları ilə yadda qalan bir aksiya düzənləndi. Çox sevindirici haldır ki, Azərbaycan dövləti, Prezident anti-milli qüvvələrə bu baş verən hadisələrdən sui-istifadə etmək üçün heç bir imkan tanımadı. Bu ərəfədə Mehman Hüseynovun cənab Prezidentə əfvlə bağlı müraciətini ölkə başçısı Azərbaycanlı gəncin səmimi müraciəti kimi qəbul etdi və onun işinə yenidən baxılması ilə bağlı göstəriş verdi. Artıq bizdə məlumatlar var ki, Mehman bu yaxınlarda azadlığa buraxılacaq. Düşünürəm ki, biz ağıllı, düşünülmüş addımlarla anti-milli qüvvələrin Azərbaycanla bağlı hazırladıqları bir planın alt-üst edilməsinin şahidi oluruq”.

sia.az

Digər xəbərlər