Siyasət

  • 3 704

"Paşinyanın səsləndirdiyi fikirlər blefdir" ÖZƏL-RƏY

image

“Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı provokasiya xarakterli bəyanatlar verirdi. Həmçinin də onun fikirlərində aşkar parodoksallıq var idi. Yəni bəzən bir fikir deyirdi daha sonra isə özü başqa fikri ilə onu təkzib edirdi. Təbii ki, bu da Paşinyanın münaqişənin tənzimlənməsi istiqamətində gələcək hərəkətləri ilə bağlı qeyri-müəyyənlik yaradır. Paşinyan təbii ki, “Qarabağ kartı”ndan istifadə etməkdə israrlı görünür. O öz hakimiyyətini möhkəmlətmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bir alət kimi görməkdədir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloqun sözlərinə görə, onun Almaniyaya səfəri zamanı da Paşinyan münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər ona dəlalət edir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirəcəkdir: “Ərazisini itirmiş Azərbaycan tərəfindən hansısa kompromis gözləyən işğalçı rejimin rəhbəri ilə hansı konstruktiv danışıqlara getmək olar? Bu başdan demək olar ki, Paşinyanla hansısa danışıqlar qeyri-konstruktiv xarakterli olacaq. Bu baxımdan hesab edirəm ki, münaqişənin tənzimlənməsi istiqamətində işğalçı rejimi işğalçılıq siyasətindən əl çəkməyə məcbur edəcək başqa səviyyələrdə addım atılmalıdır. Təbii ki, Azərbaycan hərbi, siyasi cəhətdən Ermənistandan qat-qat üstündür. Bunu Ermənistan da dərk edir. Paşinyanın səsləndirdiyi fikirlər əsasən blef xarakteri daşıyır. Paşinyan artıq bilir ki, Azərbaycanın beynəlxalq səviyyədə ciddi dəstəyi mövcuddur və Azərbaycanın ədalətli mövqeyi dəstəklənir”.

sia.az

Digər xəbərlər