Siyasət

  • 3 854

Tahir Rzayev: Qeyri-neft sektorunda nəzərə çarpacaq inkişaf var

image

“2018-ci ildə ölkəmiz istər beynəlxalq aləmdə, istərsə də digər sahələrdə mühüm uğurlar əldə edib”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı mühüm addımlar atılıb, islahatlar həyata keçirilib. Ötən il ölkəmizin qeyri-neft sektorunda nəzərə çarpacaq inkişafın qeydə alındığını deyən millət vəkilinin sözlərinə görə, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb, heyvandarlıq inkişaf edib.
“Hər il olduğu kimi 2018-ci ildə də Azərbaycanda təhlükəsizliklə bağlı məsələlərə xüsusi önəm verilib. Bura ərzaq təhlükəsizliyi, eləcə də digər məsələlər daxildir. Görülən işlər nəticəsində Azərbaycan sabitlik adasına çevrilib. Məhz bunu amil ölkəmizə gələn turistlərin, eləcə də beynəlxalq tədbirlərin sayının artmasına səbəb olub. Ötən il regionlarımızın inkişafı baxımında da əhəmiyyətli olub. Regionlarımızın infrastrukturunun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması orada yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edib”-deyə, T.Rzayev vurğulayıb.

yap.org.az

Digər xəbərlər