Siyasət

  • 2 828

"Bütün rəqabət elmin və innovasiyaların üzərində cəmləşir" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı çıxışı çox müxtəlif kontekstlərdən araşdırılmalıdır. Çünki burada cənab Prezidentin çıxışı həm gənclərin müasir durumuna aydınlıq gətirir, həm onların Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərinə aydınlıq gətirir, həm də gənclər növbəti dövrdə necə hərəkət etməlidirlər məsələsinə aydınlıq gətirir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.“Mən məsələyə bu üçüncü istiqamətdən başlamaq istəyirəm. Yəni gənclər necə olmalıdırlar və gələcəkdə necə fəaliyyət göstərməlidirlər yönümdə cənab Prezidentin çıxışı bir növ bizim gənclər üçün yol xəritəsi mahiyyəti daşıyır. Orada gənclərin davranışı, Vətənə, dövlətə baxışından tutmuş təhsilin inkişafına, müasir texnologiyadan istifadəyə qədər hər şey öz əksini tapır. Bu baxımdan deyərdim ki, ölkə başçısının çıxışı bir növ bizim gənclərin gələcək fəaliyyəti üçün yol xəritəsi mahiyyətini daşıyır. Prezident orada vurğulayır ki, gənclər öz təhsil imkanlarını artırmalıdırlar. Çünki müasir dünyada bundan böyük rəqabət yoxdur. Bütün rəqabət elmin və innovasiyaların üzərində cəmləşir.Təbii ki, Azərbaycan gəncləri də bu tələblərə cavab verməlidirlər. Orada müasir dövrlərin beynəlxalq trendi olan ideoloji hərəkat və gənclərin məşğulluq məsələsində könüllük xüsusi yer tutur. Ölkə başçısının könüllülük məsələsinə bir baxışı var. Orada bir tezis kimi vurğulayır ki, könüllülük Azərbaycan gəncləri arasında da var və bu daha da inkişaf etdirilməlidir. Bunların hamısının arasında həm də ölkə rəhbəri vurğulayır ki, bizim gəncliyimiz milli ruhda tərbiyələnməli, böyüməli və Vətənə, dövlətə bağlı olmalıdır. Çünki müasir gəncliyimizin qazandığı uğurlara görə onlar Azərbaycan dövlətinə və Azərbaycan dövlətinin müstəqilliyinə borcludurlar. Bu müstəqilliyin yaşadılması, qorunması və inkişaf etdirilməsi bütün hamımızın xüsusən də gənclərin üzərinə düşən bir vəzifədir”-deyə, sədr fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər