Siyasət

  • 6 641

Mahir Abbaszadə: Azərbaycanda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir

image

“Azərbaycanda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir”. Bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi təqdirəlayiq hal olmaqla yanaşı, mühüm əhəmiyyətə malikdir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin daim dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqətində olması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tuturdu. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Hazırda şəhid hərbi qulluqçuların vərəsələrinə ödənişlərin həyata keçirilməsi müvafiq qaydada davam etdirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı yeni Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Yəni dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Prezident İlham Əliyev yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da Fərman imzalayıb. Fərman şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Bu Fərman dövlətimizin başçısının şəhid ailələrinə xüsusi qayğısının daha bir ifadəsidir. Bütövlükdə, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər ardıcıl xarakter daşıyır”-deyə, M.Abbaszadə vurğulayıb.

yap.org.az

Digər xəbərlər