Siyasət

  • 3 791

"Bu işğalçı Ermənistanın köhnə arzusudur" ÖZƏL-ŞƏRH

image

“Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir. Hazırda danışıqlar yekunlaşmağa yaxındır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyərdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edərdi: “Biz buna heç zaman razılaşmarıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə "yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu işğalçı Ermənistanın köhnə arzusudur.Hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən "Böyük Larsdır". Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil. Ermənistan bu yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılsa isə Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti "mesajı" olacaq”.

sia.az

Digər xəbərlər