Siyasət

  • 3 413

"Yeni dövlət proqramı insanların daha da yaxşı yaşamasına xidmət edəcək" RƏY-ÖZƏL

image

“Prezident İlham Əliyev tərəfindən regionların inkişafını əhatə edən proqramların qəbulu artıq ənənə halını alıb. Bu proqramların sayəsində ölkəmizin bütün bölgələrində məqsədyönlü işlər görülür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəldiyi ilk dövrlərdə verdiyi vədlərdən birinin qısa zaman kəsiyində regionlarla paytaxt, kəndlərlə şəhərlər arasındakı fərqin azaldılmasından ibarət olduğunu deyən deputat söyləyib ki, çox az müddətdə xalqımız deyilənlərin bariz nəticəsini görmüş oldu: "Bu gün rayon mərkəzlərinə, bölgələrə getdikdə ilk növbədə insanların xarici görüşündən başlayaraq, çəkilən yollar, tikilən müəssisələr, bütövlükdə infrastrukturun həqiqətən şəhərdəkindən fərqli olmadığını görmək mümkündür. Bu işlər əlbəttə, durmadan davam etdirilir, boşluqlar doldurulur. Proqram çərçivəsində rayonlarımızın ehtiyacları təmin olunur, problemlər həll olunur”.Ölkə başçısı tərəfindən bölgələrin inkişafı istiqamətində tez-tez sərəncamların imzalandığını diqqətə çatdıran J.Əliyeva vurğulayıb ki, bu sərəncamlar əsasında büdcədən ayrılan böyük vəsaitlər vətəndaşlarımızın daha da yaxşı yaşamasına istiqamətlənib: “Bütün bunlar Azərbaycan insan amilinin ən əhəmiyyətli yerdə dayandığının sübutudur”.Regionların inkişafı istiqamətində 2019-2023-ci illəri əhatə edəcək yeni dövlət proqrama gəlincə, deputat qeyd edib ki, bu proqram ölkəmizin, xüsusilə də regionlarımızın daha da inkişaf etməsinə, torpaqlarımızın hər qarışının daha da məhsuldar olmasına, Azərbaycan insanının daha da yaxşı yaşamasına xidmət edəcək.

sia.az

Digər xəbərlər