Siyasət

  • 4 572

"Bu il münaqişənin həlli istiqamətində xeyli canlanmanın şahidi olacağıq” ŞƏRH-ÖZƏL

image

“Artıq beynəlxalq aləm, həmsədr dövlətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ölü nöqtədən tərpətmək istəyən qüvvələr, Cənubi Qafqazda geosiyasi, geoiqtisadi maraqları olan ölkələrin hamısı yaxşı anlayır ki, problemin həlli başa çatmadan Cənubi Qafqazda inkişaf dinamikasını saxlamaq çətin olacaq. Çünki münaqişənin özü bir sıra regional layihələrin həyata keçirilməsini əngəlləyir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.O bildirib ki, istənilən məqamda yenidən qızışmaq ehtimalı olan Dağlıq Qarabağ münaqişəsi regionda həyata keçirilən layihələri təhlükə altına alır.Son dövrlər ABŞ-ın Cənubi Qafqaz siyasətində yerdəyişmələrin nəzərə çarpdığını dilə gətirən politoloq söyləyib ki, artıq həmsədr ölkələr problemin həlli istiqamətində aktivliyin artırılmasında maraqlıdırlar: “Ermənistanın yeni hakimiyyəti tərəfindən müəyyən vaxtlarda ziddiyyətli bəyanatlar səslənməsinə baxmayaraq, bu bəyanatlarda konstruktiv notların da olduğunu görmək mümkündür. Paşinyan Azərbaycan tərəfindən konstruktiv mövqe gözədiyini açıqlasa da, onun bu mövqeyi daxili auditoriya üçün hesablanmış bəyanatdır”.S.İsgəndərov vurğulayıb ki, artıq Ermənistan təkləndiyinin və ona qarşı təzyiqlərin artacağının fərqindədir: “Çünki, Azərbaycan bundan artıq gözləmək fikrində deyil və hərbi gücümüzün artması Ermənistanı pis vəziyyətdə qoyur. Ötən gün Ermənistan XİN başçısının işıqlanan Ermənistan fraksiyası ilə görüşündən sonra danışıqlar prosesində dinamikanın qorunub saxlanması və növbəti addımların konstruktiv atmosfer və nəticəyə yönəldilməsi ilə bağlı bəyanatlar səsləndirməsi, bununla yanaşı Dağlıq Qarabağın Azərbaycan İcmasının sədri Tural Gəncəliyevin də icmanın sülh və danışıqlar prosesinə, konstruktiv dialoqa hazırlığı ilə bağlı açıqlaması təsadüfi deyildi. Dağlıq Qarabağın Azərbaycan İcmasının bəyanatı Brüsseldə açıqlanan məlum araşdırmanın nəticələri ilə və orada xülasədə nəzərdə tutulan münaqişənin tezliklə sülh yolu ilə həllinin həm Ermənistan, həm Azərbaycan, həm ümumiyyətlə münaqişə tərəfləri üçün əlverişli, daha effektiv olması ilə bağlı qeyd olunan fikirlərlə əlaqədardır”.Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda çiçəklənməyə səbəb olacaq və iqtisadiyyatda böyük çiçəklənmə baş verəcək: “ Onsuzda regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr nəticəsində iqtisadiyyatda çiçəklənmə var. Amma məsələ burasındadır ki, problemin həll olunmamış qalması bu çiçəklənmənin daha geniş şəkildə olmasına zərər gətirir. Bu həm də Ermənistan iqtisadiyyatı üçün də vacibdir. Əgər münaqişə olmasaydı və Ermənistan bu layihələrə qoşulsaydı onların iqtisadiyyatı indiki kimi iflic vəziyyətində olmazdı. Artıq Ermənistan cəmiyyəti də baş verən reallıqları başa düşür”.S. İsgəndərov əlavə edib ki, problemin həlli istiqamətində gedən proseslər bizə bu il münaqişənin həllində müsbət məqamları nəzərə çarpacağına imkan yaradır: “Hesab edirəm ki, müsbət irəliləyişlər fevral ayında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə də öz təsirlərini göstərəcək. Bu il ən azı problemin həlli istiqamətində xeyli canlanmanın şahidi olacağıq”.

sia.az.

Digər xəbərlər