Siyasət

  • 4 371

Həmişəxanım Novruzova: Dövlətin şəhid ailələrinə göstərdiyi qayğı razılıq doğurur

image

Filosoflardan biri deyib: Doğulmaq təsadüf, ölüm isə zərurətdir. Başqa bir filosof isə ölümü yaşanan həyatın sonunda qoyulan nida işarəsinə bənzədir. Filosofların məntiqi ilə razılaşmamaq mümkün deyil. Lakin şübhəsiz ki, Vətən yolunda həlak olan şəhidlərin ölümü ən şərəfli və ən yüksək mərtəbədə yer tutur.

Fəxri Novruzov 1995-ci ilin fevralında Tərtər rayonun kəndlərini erməni hərbi birləşmələrinin hücumundan qoruyarkən şəhid olub. Onun qardaşının həyat yoldaşı Həmişəxanım Novruzova öz canını ana Vətən yolunda qurban verən cəsur əsgər haqqında deyib: “Fəxri lap kiçik vaxtlarından mənim gözlərimin qarşısında böyüyüb. Onun qəlbindəki təəssübkeşlikdən, yurd sevgisindən yaxşı xəbərdar idim. Atalar doğru deyib: niyyətin hara, mənzilin ora. O, Dağlıq Qarabağ hadisələri başlayandan, ermənilərin əsassız torpaq iddialarının ilk günündən özünü çox narahat hiss edirdi. Nankor qonşuların törətdiyi cinayət əməlləri, təcavüzkar hərəkətləri barədə eşitdikcə rahatlıq tapa bilmirdi. Fəxri həmin ağır günlərdə evdə oturmağı heç cür özünə sığışdırmırdı. O, Vətənin çağırışıma hay verərək ömrünün ən gözəl illərini torpaqlarımızın bütövlüyünün qorunmasına sərf etdi və bu yolda da öz canını əsirgəmədi”.
Həmişəxanım Novruzova Prezident İlham Əliyevin şəhid ailələrinə, onların vərəsələrinə göstərdiyi qayğı barədə də danışıb: “Dövlət başçısının bütün şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi və onların ailələrinə verilən aylıq müavinətlərin qaldırılması barədə imzaladığı Fərmanlar çox ədalətli və humanist bir addımdır. Həyatını torpaq yolunda qurban verən fədakar oğulların qəhrəmanlığı hər cür hörmət və ehtirama layiqdir. Prezident də belə bir addım atdı və heç də təsadüfi deyil ki, bu cəmiyyətin bütün təbəqələri tərəfindən sosial ədalət nümunəsi kimi dəstəklənir. Fəxrinin qardaşları Rəhim və İbrahim də şəhid ailələrinə dövlət səviyyəsində göstərilən bu qayğını yüksək qiymətləndirirlər”.

yap.org.az

Digər xəbərlər