Siyasət

  • 6 362

“Radikal müxalifət söz və fikir azadlığından Azərbaycan xalqını təhqir etmək üçün istifadə edir” ƏLİ ƏHMƏDOV

image

“Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar”. SİA xəbər verir ki, bu sözləri YAP-ın Sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın Mərkəzi Qərargahında gənclərlə keçirilən görüşdə bildirib.Onun sözlərinə görə, bunu normal qəbul etmək olar. Belə ki, inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir: “Başa düşülməyən isə Azərbaycanın daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqlarını təhrif edən Azərbaycan vətəndaşlarını çaşdırmağa çalışanlardır”.Ə.Əhmədov Azərbaycan müxalifətinin kiçik bir hissəsini, Azərbaycan cəmiyyətinin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə xitabən bildirib ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas olan bu hüquqdan istədikləri şəkildə istifadə edə bilir: "Ancaq bu hüquqlardan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var. Radikal müxalifət Azərbaycanı gözü götürməyən bis sıra qüvvələrə qarşıdurma yaratmaq üçün lazımdır və radikalların daxillərində də sabitliyi pozmağa cəhd edənlər mövcuddur. Radikal müxalifət mitinq keçirməyi qarşıdurma yaratmaq üçün istifadə edir. Onlar söz və fikir azadlığından Azərbaycan insanını, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər”.İcra katibi qeyd edib ki, məhz bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclərin üzərlərinə bir sıra vəzifələr düşür: “Bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.

sia.az

Digər xəbərlər