Siyasət

  • 4 319

Rusiya erməni telekanalını ələ keçirdi

image

“Past” qəzetinin yazdığına görə, Artur Baqdasaryana məxsus TV-nin “3-cü kanalı” satılıb. SİA adıçəkilən qəzetə istinadən xəbər verir ki, telekanal son zamanlar siyasi fəaliyyətdən kənarda qalıb və onu Rusiya şirkəti alıb. “Yaxın vaxtlarda telekanal yeni “ABC” loqotipi ilə yayıma başlayacaq.“Bizim əldə elədiyimiz məlumata görə, rusiyalılar telekanalda siyasi maraqlarını gücləndirəcəklər və bunun üçün ciddi maliyyə vəsaitləri sərf ediləcək”, deyə erməni nəşri yazıb.İddia edilir ki, son vaxtlar Ermənistanda anti-Rusiya meylləri artır və bunun qarşısının alınması üçün, telekanalın əldə edilməsi Moskvanın sifarişidir.

sia.az

Digər xəbərlər