Siyasət

  • 3 948

Paşinyanın adamları “əks-inqilabçılara” qarşı hərəkətə keçib "HRAPARAK"

image

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, kənd icma rəhbərlərinə qarşı ikinci kampaniyaya start verilib və əsas olaraq, Paşinyanın “məxməri inqilabı” zamanı ona qarşı çıxış edənlərin istefaları tələb edilir. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, hədəf kimi yalnız general Manvel Qriqoryanın qohumu və son günlər KİV-lər tərəfindən də kəskin tənqidlərə məruz qalan Armavir vilayətinin Arşaluys kənd icra nümayəndəsi deyil, eləcə də, digər kənd icra nümayəndələridirlər.“Biz, məlumat əldə etmişik ki, Ararat vilayətinin bir neçə kənd icra nümayəndələrinə qarşı imzatoplama aksiyasına başlanılıb”, yazan erməni nəşri əlavə edib: “Birinci planda sözdə fəal “əks-inqilabçılardır”, məsələn, Surenavan kənd icra nümayəndəsidir ki, aprel küçə yürüşləri zamanı Paşinyanın tərəfdarlarının Yerevana getmək cəhdlərinin qarşısını alırdı. İmza toplamaq təşəbbüsünü irəli sürənlər bəyan edirlər ki, vilayət hakimiyyətləri tərəfindən dəstək alırlar”.

sia.az

Digər xəbərlər