Siyasət

  • 3 909

Musa Qasımlı: Dövlətimizin hücum diplomatiyası Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb

image

“Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Ermənistan Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib. Onun sözlərinə görə, Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib.
“Dövlətimizin hücum diplomatiyasının həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub. Xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər göz önündədir. Lakin biz kifayətlənməməliyik. Səylərimizi daha da artırmalıyıq. Çünki düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır”-deyə, M.Qasımlı qeyd edib.

yap.org.az

Digər xəbərlər