Siyasət

  • 4 163

“Fransa erməni maraqlarının müdafiəçisi kimi daha fəal hərəkətə keçəcək” SAXTA SOYQIRIMI İDDİASI

image

“Makronun komandasından Qarabağ münaqişəsinin həlli, ya da erməni-türk münasibətlərində hər hansı kəskin orientasiya dəyişikliyini gözləmək doğru olmazdı”. SİA xəbər verir ki, bu sözləri “Bunin & Co” teleqram-kanalına müsahibəsində Rusiyanın Beynəlxalq regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, politoloq Sergey Markedonov Fransa prezidenti Emmanuel Makronun 24 apreli tarixinin ölkəsində hər il “erməni soyqırımı günü” kimi keçiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlərini şərh edərkən deyib.“Həmin Paris tam mənada Yerevanla Ankara arasındakı münasibətləri normallaşmasını dəstəkləməyə hazırdır. Lakin Türkiyənin Avropa İttifaqına üzvlüyünə “yaşıl işıq” yandırmadan”, deyə rusiyalı politoloq hesab edir.Markedonov onu da qeyd edib ki, Makronun mövcud addımı Ankaranın gözlənilən reaksiyası ilə qarşılaşıb. Belə ki, Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın artıq, “soyqırımı” mövzusunu “siyasi piar və saxtakarlıq” kimi qiymətləndirib.Rus siyasi şərhçisi həmçinin sual edib ki, bu məsələ Avropa İttifaqının aparıcı dövləti ilə Türkiyə Respublikası arasındakı münasibətlərdə kəskin dönüş yaradacaqmı, eyni zamanda ATƏT-in Minsk qrupunun üzvü olaraq, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məhz erməni maraqlarının müdafiəçisi kimi daha fəal hərəkətə keçəcəkmi?“Makronun bəyanatı əlbəttə ki, az səs-küy yaratmadı, ancaq Fransa prezidenti prinsipial olaraq, hər hansı bir yenilik etməyib”, Markedonov qeyd edib.

sia.az

Digər xəbərlər