Siyasət

  • 4 076

"Xalqımızın öz Prezidentinə inamı böyükdür" AÇIQLAMA-ÖZƏL

image

"Prezident İlham Əliyev dövlət başçısı seçilərkən bildirmişdi ki, “mən hər bir azərbaycanlının olacam”. Ölkə başçısı hakimiyyətdə olduğu illərdə Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğısı ilə bunu həqiqətən də sübut etmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Deputat bildirib ki, harada nəyəsə ehtiyac yaranırsa, Azərbaycan Prezidenti oradadır: “Harada problem yaranırsa, dövlət başçısı İlham Əliyev həmin problemə diqqət göstərərək onun tez bir zamanda aradan qaldırılması istiqamətində tapşırıqlarını verir. Biz illərdir ki, bunu ölkəmizdə qaçqın və məcburi köçkünlərə olan münasibətdə görürük. Minlərlə ailənin yeni mənzillərə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər bunu deməyə imkan verir”.Azərbaycan Prezidentinin bu yaxınlarda şəhid ailələri ilə görüşünü xatırladan A.Badamov vurğulayıb ki, görüş zamanı ölkə başçısının söylədiyi fikirlər, prezidentimizin ağsaqqal insanlara yaxınlaşaraq onların əllərindən tutması, səmimi münasibətin göstərilməsi dövlət başçısının vətəndaşlara olan diqqət və qayğısının bariz göstəricisidir: “Azərbaycan Prezidenti daha sonra gənclərlə görüşündə onlara göstərdiyi səmimi münasibət, ölkə gəncliyinə verilən tövsiyələr, qarşıya qoyulan vəzifələr gənclərimiz üçün stimul idi. Görüş zamanı Azərbaycan prezidenti gənclərə həyatda özlərini necə göstərməyin lazım olduğunu, ictimai siyasi həyatda fəallıqlarının artırılması, elmə yiyələnməklərinin vacibliyi, müasir inkişaf etmiş cəmiyyətin layiqli gəncliyi olmaq üçün bütün istiqamətləri ortaya qoymuş oldu. Ölkə başçısının əlil gəncə yaxınlaşması, onu təbrik və təltif etməsi Azərbaycan vətəndaşına olan dəyərin göstəricisi idi”.Deputat qeyd edib ki, bütün bunlarla yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün zəlzələ bölgəsinə səfəri və təbii fəlakətdən zərər çəkən insanların yanında olması, çıxışında “mən gəlməyə bilməzdim” ifadəsi insanlarımız üçün böyük ruh yüksəkliyi idi: “ Səfər zamanı təbii fəlakətdən əziyyət çəkənlərin Dövlət başçısına münasibəti, “biz sizə arxayınıq” söyləməsi xalqımızın öz Prezidentinə inamını ortaya qoyur. Bütün bunlar hər kəs üçün həyata dərsi, bir prezidentin öz vətəndaşına olan yüksək münasibətin göstəricisidir. Atılan addımlar bir daha göstərir ki, dövlət başçısı hər bir azərbaycanlının Prezidentidir”.

sia.az

Digər xəbərlər