Siyasət

  • 3 884

“Azərbaycan gəncliyi daim axtarışda olan bir qüvvədir” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan gəncliyi daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir”. Bunu SİA-ya YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin üzvü Əli Babazadə deyib.Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir: “Gənclərimiz də bu imkanlardan yararlanır və cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. İnkişafdan danışarkən, əlbəttə ki, dövlət proqramlarını xüsusi qeyd etməliyik. Sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Heç bir dövlətdə gənclərlə bağlı bu qədər dövlət proqramları qəbul olunmur.Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Gənclər Fondunun yaradılması gənclərimizə olan ən böyük dəstəkdir. Dünyanın heç bir nöqtəsində dövlət tərəfindən gənclərə bu şəkildə qayğı göstərilmir. Bütün bunlarla yanaşı, elm və təhsilin inkişafı ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bunun tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərməsi, məhz dövlətin milli elmin inkişafı istiqamətinə diqqətin yönəldiyinin bariz ifadəsidir. Azərbaycan dövləti daim gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün bütün şəraiti yaradır. Bütün bunlar üçün, real işlərin görülməsi üçün dövlət proqramları qəbul edilir və yüksək səviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər.Bu günün gənci uğurları ilə seçilən, yüksək dəyərlərə malik olan Azərbaycan ilə qürurlanır. Azərbaycan multikultural cəmiyyətdir. Azərbaycan terrorizm aktlarını törədənlərə, irqi və dini zəmində münaqişə yaradanlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töhfəsini verir. Dövlət-xalq birliyinə əsaslanan müdrik siyasət sayəsində Azərbaycan yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir”.

sia.az

Digər xəbərlər