Siyasət

  • 3 626

"Bu günün gənci Vətənə sadiq və mübarizdir" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar”. Bunu SİA-ya SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.SƏS Media Qrupun rəhbərinin sözlərinə görə, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib: "Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi dövlət-gənclər siyasətinin əsasında dayanır. Aparılan dövlət-gənclər siyasətinin nəticəsidir ki, onlar bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər".Qurum rəsmisi bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimizin uğurları təkcə ölkə daxilində deyil, xarici məkanda da diqqətdədir: "Ölkəmizdə gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır".Baş redaktor onu da bildirib ki, bu günün gənci Vətənə sadiq və mübarizdir: "Biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə Liderə ehtiramın və inamın əlamətidir".Bəhruz Quliyev deyib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər onlar üçün yaradılan şəraitin təzahürüdür: “Bu gün gənclərlə bağlı kifayət qədər normativ sənədlər mövcuddur. Cənab İlham Əliyevin gənclərə etimadı, onlarla görüşlərin təşkili bu diqqətin göstəricisidir. Məlum dövlət proqramları, həyata keçirilən layihələr gənclərin fəallığına stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərini ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Cənab Prezidentin gənclərlə görüşü və gənclərin qarşısında konkret vəzifələr qoyması Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu bir daha təsdiqləyir. Azərbaycanın gənclər ordusu da dövlət başçısının etimadını əməli ilə doğrultmalı, öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb, ölkəmizin inkişafına töhfə verməlidir”.

sia.az

Digər xəbərlər