Siyasət

  • 3 675

"Ermənistan həyasız iddiaları ilə vaxt qazanmağa çalışır" MÖVQE-ÖZƏL

image

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla əlaqədar nikbin hissin yaranması üçün ciddi əsaslar yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.ABŞ-ın prosesləri hərəkətə gətirmək, status-kvonu dəyişmək üçün cəhdlər etdiyini deyən politoloq söyləyib ki, Paşinyan və onun komandası isə Kremlin çaldığı düdüyün havasına oynayır: “Açıq şəkildə görünür ki, Kreml bu proseslərin yalnız onun ssenarisi əsasında cərəyan etməsini, bu məsələdə inhisarçı mövqeyini qoruyub saxlamaq istəyir. ABŞ-ın və müəyyən qədər də Avropanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar proseslərə qatılmasına ciddi qısqanclıqla yanaşır”.Q.Hüseynli qeyd edib ki, problemin həlli istiqamətində görüşlərin keçirilməsi vacibdir: “Amma nəticəsiz görüşlərə, ciddi məsələlərin müzakirə edilmədiyi görüşlərə nikbinlə yanaşmaq mümkün deyil. İndiyədək konkret məsələlərin müzakirə olunmadığı saysız-hesabsız görüşlər keçirilib. Bildiyiniz kimi fevral ayının sonunda da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün keçirilməsi nəzərdə tutulur. Lakin bu görüşün ciddi nəticələr verəcəyini gözləmək çətindir. Çünki Paşinyanın ikrah doğuran bəyanatları ilə nə qədər qatı erməni millətçisi, siyasətdən uzaq bir insan olduğunu görməmək mümkün deyil. Paşinyan erməni təcavüzünü belə həyasızcasına danır, Azərbaycan torpaqlarının işğalını guya 50-70 min erməninin yaşadığı qondarma Dağlıq Qarabağ erməniləri tərəfindən işğal etdiyi barədə əsilsiz iddialar irəli sürür. 50-70 min əhalisi olan bir ovuc insan uzağı 2 min nəfərlik əldəqayırma dəstə yarada bilər ki, bu dəstəni də azərbaycanlılar papaqları, balta, bel ilə qovardılar. Mən hələ müasir silahları demirəm. Ona görə də, Paşinyan kimi bir insanın qarşısına ciddi faktlar, sənədlərlə getmək lazımdır. Əks halda, onlar daha da azğınlaşaraq, həyasız iddialar irəli sürərək vaxt qazanmağa çalışırlar. Erməni tərəfi qeyri-konstruktiv mövqeyini davam etdirərək, danışıqların mahiyyətini saxtalaşdırır. Bu baxımdan görüşdən müsbət nəsə gözləməyə dəyməz”.

sia.az

Digər xəbərlər